• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Beyl Ançelottiyə gülüşü ilə etiraz etdi

İDMAN

05 Fevral 2022 | 13:29 | Müəllif: Subhan Mahmudov

Beyl Ançelottiyə gülüşü ilə etiraz etdi

“Real”ın futbolçusu Qaret Beyl İspaniya kubokunun 1/4 finalında "Atletik"lə görüşdən sonra gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanın gedişində baş məşqçi Karlo Ançelotti digər hücumçu Eden Azara isinmə hərəkətləri etməsini tapşırıb. Belçikalı bir müddət kənarda məşq etsə də, çalışdırıcı sonda ona ehtiyac duymayıb və kənarda oturmasını istəyib. Beyl isə Ançelottinin bu qərarına yüksək səslə gülməklə cavab verib.  33 yaşlı hücumçunun hərəkəti komanda daxilində və azarkeşlər arasında narazılıq doğurub.

Qeyd edək ki, sözügedən görüş "Real"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026