• Bakı 15° C

    2.18 m/s

Futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib

İDMAN

05 Fevral 2022 | 15:44 | Müəllif: Subhan Mahmudov

Futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib

Niderlandda keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, həlledici qarşılaşmada Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı eyni hesabla məğlub edib - 3:2.
Rusiya millisi yeddinci, Portuqaliya seçməsi isə üçüncü dəfə Avropa çempionatlarının finalına yüksəlib. Hər iki komanda 1 dəfə çempionluq sevinci yaşayıb. Belə ki, Rusiya millisi 1999-cu, Portuqaliya isə 2018-ci ildə Avropanın ən güclü komandası olub.

Final matçı fevralın 6-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026