“Qalatasaray” yarımmüdafiəçisi Aytaç Karanı icarəyə verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu mövsümün sonunadək “Göztəpə”nin uğurları üçün çalışacaq.
O, bu mövsüm İstanbul klubunun heyətində 12 matça çıxıb.
Qeyd edək ki, peşəkar karyerasına “Altay”da başlamış Aytaç Kara, daha sonra “Əskişəhərspor”, “Trabzonspor”, “Yeni Malatyaspor”, “Bursaspor” və “Kasımpaşa”da da forma geyinib.
















