“Qalatasaray”ın baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb.
Bakıvaxtı.az "Fanatik"ə istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis müalicəsinə evində davam edəcək.
Qeyd edək ki, Terim onurğasındakı yırtıq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
















