• Bakı 25° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Marsel"in heyətində daha 5 yoluxma

İDMAN

06 Yanvar 2022 | 21:31 | Müəllif: Subhan Mahmudov

"Marsel"in heyətində daha 5 yoluxma

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in daha 5 futbolçusu koronavirusa yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyedə koronavirus aşkarlanıb. Adıçəkilən oyunçular son məşqdə məhz bu səbəbdən iştirak etməyiblər. 

Daha əvvəl "Marsel"in heyətində Pol Lirola və Konrad de la Fuente virusa yoluxub.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026