• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ronaldo "Mançester Yunayted"dən ayrılır?

İDMAN

07 Yanvar 2022 | 09:21 | Müəllif: Qalib İbrahimoğlu

Ronaldo "Mançester Yunayted"dən ayrılır?

Kriştianu Ronaldo İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, Report "Daily Mail"ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu "qırmızı şeytanlar"ın baş məşqçi seçimindən razı qalmasa, mövsümün sonunda ayrılacaq.

Portuqaliyalı forvard almaniyalı mütəxəssis Ralf Ranqnikin postunda qalmasının əleyhinədir.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrda Ranqniki baş məşqçi təyin edib. Sözləşməyə əsasən, o, mövsümün sonunadək komandaya rəhbərlik edəcək. Ronaldo cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu Çempionlar Liqasının qrup mərhələsində çıxdığı 5 qarşılaşmada 6 qolla yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026