• Bakı 13° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

UEFA-dan "Qalatasaray"a şok cəza

İDMAN

10 Noyabr 2021 | 13:38 | Müəllif: Subhan Mahmudov

UEFA-dan "Qalatasaray"a şok cəza

UEFA "Qalatasaray"ı Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Marsel"lə oyundakı (0:0) iğtişaşlar səbəbindən cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumunn rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi turnirin növbəti 2 oyununda bilet satışı edə bilməyəcək və meydana azarkeşlərin iştirakı olmadan çıxacaq.

"Sarı-qırmızılar" həmçinin 50 min avro məbləğində cərimələnib. Bundan əlavə, klub stadiona dəymiş ziyana görə "Marsel"ə 8 000 avro ödəyəcək.

Qeyd edək ki, sözügedən görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın tərəfdarları müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar. Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026