• Bakı 13° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimizin rəqibi müəyyənləşdi

İDMAN

09 Dekabr 2021 | 18:33 | Müəllif: Subhan Mahmudov

Millimizin rəqibi müəyyənləşdi

Qadınlardan ibarət U-17 milli komandalar arasında 2023-cü il Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. Reytinqə əsasən B liqasında qərarlaşan Azərbaycan millisi 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya komandaları ilə A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Bu qrupun oyunları 2022-ci il 8 - 14 martda Albaniyada keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2023-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026