• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Serbiya-Azərbaycan oyununun hakimləri müəyyənləşdi

İDMAN

10 Oktyabr 2021 | 23:39

Serbiya-Azərbaycan oyununun hakimləri müəyyənləşdi

Serbiya və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib.

Matçın baş hakimi Erik Lambrexts olacaq. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verboomen yerinə yetirəcək. Laurens Visser VAR hakimi olacaq.

Danimarkalı Yorn Vest Larsen hakim-inspektor, rumıniyalı Feliks Qriqore FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 12-də Belqraddakı Rayko Mitiç stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026