• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bundesliqada 44 illik rekord təkrarlandı

İDMAN

07 Noyabr 2021 | 21:12

Bundesliqada 44 illik rekord təkrarlandı

Futbol üzrə Almaniya Bundesliqasının 11-ci turunda “Bavariya” “Frayburq”u 2:1 hesabıyla məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, Münhen təmsilçisi bu nəticəylə turnirin 44 illik rekordunu təkrarlayıb.

 

Belə ki, “Bavariya” 2021-ci ildə çempionat oyunlarında artıq 100 qol vurub. İlin sonuna qədər hələ xeyli oyun keçirəcəyini nəzərə alsaq, bu komandanın rekordunu yeniləyəcəyi şübhə doğurmur.

Xatırladaq ki, sonuncu dəfə 1977-ci ildə “Köln” komandası çempionat oyunlarında bir təqvim ilində 100 qol vurmağı bacarmışdı.

“Bavariya” bu mövsüm Bundesliqada keçirdiyi 11 oyunda 40 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026