• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Daha bir güləşçimiz dünya çempionu oldu

İDMAN

07 Noyabr 2021 | 23:10

Daha bir güləşçimiz dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov qızıl medal əldə edib.

92 kq çəki dərəcəsində yer alan Nurməhəmmədov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, moldovalı Andrian Qrosulu 8:0, almaniyalı Yohannes Mayeri 7:0, yarımfinalda isə iranlı Əmirhüseyn Firuzpurbandpeyi 10:7 hesabı ilə yendikdən sonra finala çıxıb.

Həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gələn Nurməhəmmədov mundialda Azərbaycanın 3-cü qızıl medalını qazandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR