• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Ronaldonu tanımadığı klubda qalmağa məcbur edə bilməzdik"

İDMAN

11 Sentyabr 2021 | 00:25 | Müəllif: Subhan Mahmudov

"Ronaldonu tanımadığı klubda qalmağa məcbur edə bilməzdik"

"Yuventus"un idman direktoru Federiko Çerubini "Mançester Yunayted"ə keçən klubun sabiq futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Bakıvaxtı.az "Tuttosport"a istinadən xəbər verir ki, o, "Mançester Siti"nin portuqaliyalı hücumçu üçün göndərdiyi təklifin yersiz olduğunu deyib: "Mançester Yunayted" ənənələri olan bir klub kimi fərqli davranırdı. Ronaldonun bizimlə necə danışdığını nəzərə alsaq, bu hekayənin başqa sonu ola bilməzdi. Bir futbolçunu artıq tanımadığı klubda qalmağa məcbur edə bilməzdik.

Ronaldoya hörmətlə yanaşırıq, amma prezidentimizin fikirlərini bölüşürəm: "Yuventus"un tarixi böyük çempionlar, məşqçilər və funksionerlər tərəfindən yazılıb, amma klub əlimizdə olan ən vacib şey olaraq qalır" deyib".

Xatırladaq ki, Ronaldo avqustun 27-i "Yuventus"dan "Mançester Yunayted"ə transfer olunub.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026