• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Zirə” çempionatda ilk qələbəsini qazandı

İDMAN

11 Sentyabr 2021 | 23:19 | Müəllif: Subhan Mahmudov

“Zirə” çempionatda ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Keşlə” “ASK Arena”da “Zirə” ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu gürcüstanlı legioner Davit Volkov vurub (64 və 72 dəq). 

Oyunun 28-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar: Anatole Abanq kobud hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Yeni mövsümdə ilk qələbəsini qazanan “Zirə” xallarının sayını 4-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR