• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Neftçi” və “Qarabağ”ın növbəti rəqibləri müəyyənləşib

İDMAN

13 Avqust 2021 | 01:14 | Müəllif: Subhan Mahmudov

“Neftçi” və “Qarabağ”ın növbəti rəqibləri müəyyənləşib

Azərbyacanı avrokuboklarda təmsil edən “Neftçi” və “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu ,III təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub.

Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin “Makkabi” (Hayfa) komandasını üstələməyi bacarmalıdır. “Makkabi” evdə 7:2 hesabı ilə məğlubiyyətə uğratdığı "Torshavn"a Farer adalarında minimal hesabla yenilərək, mərhələ adlayıb.

“Qarabağ” isə Şotlandiya “Aberdin”i ilə üz-üzə gələcək. “Aberdin” İslandiyada 3:2 hesabı ilə yendiyi “Breydablik”ə öz meydanında da qalib gəlib - 2:1.

Qeyd edək ki, “Qarabağ” və “Neftçi” ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR