"Yuventus"un hücumçusu Paulo Dibalanın agenti Jorge Antun Turin klubunun rəhbərliyi ilə görüşüb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər 27 yaşlı oyunçu ilə müqavilənin müddətini uzadılmasını müzakirə edib. Danışıqların müsbət keçdiyi və tərəflərin yeni müqavilə imzalamağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, Dibala 2015-ci ilin iyulundan "Yuventus"da oynayır.
















