"Çelsi" "İnter"dən Romelu Lukakunun transferini rəsmiləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub 28 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. "Zadəganlar" bu keçidə görə qarşı tərəfə 115 milyon avro ödəyib. Belçikalı oyunçu yeni komandasında illik 12 milyon avro qazanacaq.
Qeyd edək ki, Lukaku 2011-14-cü illərdə də "Çelsi"də çıxış edib.
Lukaku rəsmən "Çelsi"də
İDMAN
13 Avqust 2021 | 00:05 | Müəllif: Subhan Mahmudov

SON XƏBƏRLƏR
00:10
27 Oktyabr 2026















