• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Manatın dövretmə sürəti azaldı

İQTİSADİYYAT

19 Mart 2023 | 11:26

Manatın dövretmə sürəti azaldı

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,02 bənd təşkil edib.

Bu barədə Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir.

Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


SON XƏBƏRLƏR

24 Aprel 2024