• Bakı 25° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Martines İtaliya nəhənginə keçir

İDMAN

10 Iyun 2026 | 14:45

Martines İtaliya nəhənginə keçir

"Aston Villa"nın və Argentina milli komandasının qapıçısı Emiliano Martines tezliklə "Yuventus"un oyunçusu ola bilər. Tərəflərin artıq üçillik müqavilə şərtləri üzrə tam razılığa gəldiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Canluka di Marsio məlumat paylaşıb.

Diqqətçəkən məqam odur ki, futbolçu bu keçidin reallaşması üçün maliyyə güzəştinə gedib. O, "Aston Villa"da qazandığı məbləğlə müqayisədə yeni klubunda daha aşağı maaşla oynamağa razılıq verib.

Xatırladaq ki, 33 yaşlı Martines Argentina yığmasının heyətində 2022-ci ilin dünya çempionudur. Eyni zamanda, o, başa çatan mövsümdə Avropa Liqasının qalibi adını qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR