• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Maska taxmaq yenidən məcburi olacaq - Niderlandda

DÜNYA

02 Noyabr 2021 | 09:46

Maska taxmaq yenidən məcburi olacaq - Niderlandda

Niderlandda yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması fonunda tibbi maska taxmaq məcburi olacaq və sanitar keçidlərin istifadə yerləri genişlənəcək.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə hökumət binalarında, kitabxanalarda, bərbərlərdə və gözəllik salonlarında tibbi maska taxmaq məcburi olacaq.

Qeyd olunub ki, qayda mağazalarda da tətbiq edilə bilər, lakin bununla bağlı yekun qərar hələ verilməyib. Həmçinin, sanitariya vəsiqələrinin (peyvənd sertifikatı və ya mənfi koronavirus testi - Red) istifadəsi genişlənəcək, idman zallarında, üzgüçülük hovuzlarında, zooparklar, əyləncə parkları və muzeylərdə məcburi olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026