• Bakı 22° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Makron Consonu təhqir etdi

DÜNYA

01 Dekabr 2021 | 23:06 | Müəllif: Subhan Mahmudov

Makron Consonu təhqir etdi

Fransa Prezidenti Emmanuel Makron Britaniya Baş naziri Boris Consonu təhqir edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ekspress” nəşri məlumat yayıb.

Makron La-Manşdakı miqrasiya krizisi fonunda Consonu “böyük ölkəni idarə edən kloun” adlandırıb.

“Bir yerdə çox iş görə biləcəyimiz böyük ölkənin başında klounu görmək çox kədərlidir”, - Makron deyib.

Makronun sözügedən açıqlamasına Londondan cavab gecikməyib. Böyük Britaniya baş nazirinin rəsmi nümayəndəsi Fransa liderinin sözlərinə cavabında bütün səyləri daha çox insan tələfatının qarşısını almağa yönəltməyi tövsiyə edib.

Qeyd edək ki, Makronla Consan arasında münasibətlər ikincinin ona qanunsuz miqrasiya ilə birgə mübarizə təklifini açıq məktubla etməsindən sonra pisləşib. Makron cavabında Consonu tənqid edib və ölkə rəhbərlərinin Tvitter üzərindən və açıq məktubla əlaqə saxlamadığını deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR