• Bakı 8° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

ABŞ-da "omikron" ştammına ilk yoluxma

DÜNYA

02 Dekabr 2021 | 00:03 | Müəllif: Subhan Mahmudov

ABŞ-da "omikron" ştammına ilk yoluxma

ABŞ-ın Kaliforniya ştatında koronavirusun yeni "omikron" ştamına yoluxmuş ilk şəxs qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzlərinin məlumatlarına istinadən məlumat yayıb.

ABŞ-ın baş infeksionisti Antoni Fauçi bildirib ki, noyabrın 22-də Cənubi Afrikadan gələn şəxs özünü təcrid edib, bütün yaxın təmasda olanların testi mənfi çıxıb.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “Omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026