Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çavuşoğlu özü məlumat verib.
O qeyd edib ki, NATO XİN rəhbərləri toplantısı çərçivəsində Blinkenlə Efiopiya, Ukrayna, Suriya və Cənubi Qafqazdakı yeniliklərlə ikitərəfli münasibətləri müzakirə edib.
















