• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyanın ən varlı adamlarının yeni siyahısı

DÜNYA

01 Dekabr 2021 | 23:45 | Müəllif: Subhan Mahmudov

Dünyanın ən varlı adamlarının yeni siyahısı

Dünyanın ən varlı adamı titulunu “SpeysX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask yenə də özünə qaytarıb.

Bakıvaxtı.az xəbər verir ki, “Blumberq”in tərtib etdiyi siyahıda noyabrda cəmi 2 günə 50 milyard itirən Maskın yenidən sərvətini artırdığı və 311 milyard dollarla planetin ən varlı şəxsi olduğu bildirilib.

İkinci yerdə 201 milyard dollarla “Amazon” sahibi Ceff Bezos, üçüncü yerdə 162 milyard dollarla Bernar Arno ("Louis Vuitton Moet Hennessy”) qərarlaşıb.

Bill Qeyts (Maykrasoft) 135 milyardla 4-cü, Quqlun sahibi Larri Peyc 126 milyardla beşinci olub.

Rusiya milyarderlərinin də bu il ərzində öz var-dövlətlərini artırdığı vurğulanıb. Belə ki, Leonid Mixelson (“Novateka”) 6 milyard qazanıb və sərvətini 30,8 milyarda qaldırmaqla ölkə üzrə birinci yerini qoruyub.

Vladimir Potanin (“Nornikelya”) 30 milyardla ikinci, Aleksey Mordaşov (“Severstali”) 27,2 milyardla 3-cü, Vladimir Lisin (NLMK) 27 milyardla 4-cü olub.

Həmyerlimiz Vahid Ələkbərov isə bu il daha 4,3 milyard qazanıb və sərvətini 21,6 milyarda çatdırmaqla, Rusiyada 5-ci yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026