Parisdə və Paris bölgəsində məscidlərin qarşısında İslam dini tərəfindən murdar hesab edilən doqquz donuz başı aşkar edilib.
Bakıvaxtı.az “Le Figaro.fr”ə istinadən xəbər verir ki, istintaq tez bir zamanda Serbiya nömrəli nəqliyyat vasitəsi ilə səyahət edən və Xorvatiya telefon xəttindən istifadə edən iki nəfəri müəyyən edib.
Serbiya polisi Smederevo prokurorluğunun göstərişi ilə bu istintaqla əlaqədar sui-qəsd, nifrət və casusluq cinayətlərində şübhəli bilinən, Fransa Respublikası və Almaniya Federativ Respublikası ərazisində insan hüquq və azadlıqlarını pozmaq istəyən 11 nəfəri həbs edib.
Serbiya Daxili İşlər Nazirliyinin bəyanatına görə, onların məqsədi dəri rəngi, dini, milli və etnik mənşəyinə görə fərqliliklərə əsaslanan nifrət, ayrı-seçkilik və zorakılığı təbliğ edən, təhrik edən ideyaların yayılmasından ibarətdir. Bu fəaliyyətlər 2025-ci ilin aprel-sentyabr ayları arasında həyata keçirilib, o cümlədən Holokost Muzeyinə, bir neçə sinaqoqa və yəhudi restoranına yaşıl boya atmaq, “soyqırımı” məzmunlu stikerlər yapışdırmaq və müsəlmanların dini obyektlərinin yaxınlığında donuz başlarının yerləşdirilməsi hallarına rast gəlinir.
Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu 11 nəfər hazırda axtarışda olan və xarici kəşfiyyat xidmətinin göstərişi ilə fəaliyyət göstərən başqa bir Serb vətəndaşı tərəfindən təlim keçib.
Aydın Baxış