Məşhur aktyor Özgür Özberk sürücü tərəfindən döyülüb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, Ö.Özberk piyada keçidini keçərkən sürücü ilə arasında mübahisə yaranıb. Nəticədə aktyor müxtəlif bədən xəsarətlər alıb.
"Başıma təpik vurdu. Səkiyə dəydim. Bu ölkədə şans hesabına yaşayırıq. Gündəlik baş verən olaylardan bezmişəm",-deyə aktyor bildirib.
O, boynu sarıqlı fotoşəkilini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sevənləri aktyora şəfa diləyib.
Qeyd edək ki, Ö.Özberk "Paramparça", "Çemberim Gül Oya", "Esaretim sensin" kimi filmlərdə rol alıb.
Xəyalə Rza













jpg-1689685032.webp)


