Aparıcı-aktrisa Zümrüd Qasımova özünə toy edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə verilişlərin birində qonaq olan Zümrüd Qasımova bildirib. Onun sözlərinə görə, həyat yoldaşı ilə evliliyinin 15-ci ildönümüdür:
"Əgər mən böyük məclis etsəm deyəcəyəklər ki, pul yığmaq üçün edir. Hər insanın bir həyat tərzi və həyata baxış bucağı var. Kimlərsə nələri ilə gündəmə gəlirlər. Amma mən 15 ildən sonra bu tarixi əbədiləşdirmək istəyirəm. Çünki indiki dövrdə 15 il ailəni qoruyub saxlamaq heç də asan məsələ deyil. Mən və həyat yoldaşım çox böyük çətinliklərdən keçmişik. Oddan-alovdan keçsək də amma bir-birimizin əlini buraxmamışıq".
Aparıcı bildirib ki, toya qohumlarını çağırmayacaq:
“Toyumda az qonağın olmasını istəyirəm. 50 nəfərdən artıq adam istəmirəm. Orada mənə yaxın olan insanların iştirak etməsini istəyirəm. Gənclər olsun. Fərqli bir məclisin olmasını düşünürəm. Bu məclis qohum-əqraba üçün olmayacaq. Bəzən deyirlər ki, biz də gələcəyik. Onlara efir vasitəsi ilə söyləyirəm ki, heç kimi əziyyətə salmaq istəmirəm. Narahat olmayın. Bu kiçik bir yığıncaq olacaq".
"Yenə deyirəm, bu həyatdır, həyatda isə hər şey olur. Sabah da hər şey dəyişə bilər. Amma hələlik bu arzumdur və edəcəyəm. Həyatımı isə mən istədiyim kimi yaşayıram. Bundan sonra da həyatımı belə yaşamaq istəyirəm. Xoşuna gələnlər desinlər ki, xoşbəxt olsunlar, xoşuna gəlməyənlər isə sadəcə bizə baxmasınlar. Onsuz da haqqımda sosial şəbəkədə yazılan şərhləri az-az oxuyuram”-deyə Z.Qasımova vurğulayıb.
Aktrisa sonda qeyd edib ki, gəlinliyini özü tikdirəcək:
"Gəlinliyimi özüm hazırlatdıracağam. Çox sadə bir gəlinlik istəyirəm. “Abartılı” şeylər istəmirəm”.
Xəyalə Rza