• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Orxan Əsgərovun atası: Qatil layiq olduğu cəzanı aldı

CƏMİYYƏT

21 May 2025 | 10:50

Orxan Əsgərovun atası: Qatil layiq olduğu cəzanı aldı

“Mənim üçün vacib olan oğlumun qatilinin layiq olduğu cəzanı almasıdır. O, cəzasını aldı. Buna görə, Azərbaycan Prezidentinə minnətdaram. Ailəmiz adından dövlət başçısına təşəkkür edirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə barəsində məhkəmənin edam qərarının icrasına münasibət bildirən R. Əsgərov bunları deyib: “Şübhəsiz ki, məhkəmə qərarının icrasında iştirak etmək istəyirdim. Əvvəlcə İran tərəfi valideynin icra prosesində iştirakının vacib olduğunu bildirmişdi. Mən də iştirak etmək istəyirdim. Ancaq Azərbaycanda ölüm hökmü olmadığı üçün bizim ölkənin vətəndaşı gedib başqa ölkədə ölüm hökümünün icrasını izləyə bilməz. Onlar da bununla razılaşdılar. Biz icrada iştirakı vəkilimizə həvalə elədik. Məndə olan məlumata görə, səfirliyin nümayəndəsi də bu gün səhər qərarın icrasında iştirak edib”.


SON XƏBƏRLƏR