• Bakı 18° C

    11.91 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

CƏMİYYƏT

21 May 2025 | 11:54

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə aldığı avtomobil üzərində həbs olduğu üçün cərimə meydançasına qoyulub. Avtomobili çıxarmaq üçün getdikdə isə məlum olub ki, əvvəlki sahibi onu aparıb. İndi nə maşını ala bilir, nə də pulunu.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda yaşayan Vüqar Fərzəliyevin başına gəlib.

O iddia edir ki, sosial şəbəkədə elanda gördüyü 2007-ci il buraxılışlı "Hyundai" markalı avtomobili 13 min manata alıb.

Baş etibarnamə ilə avtomobilə sahibləndikdən sonra isə mobil telefonuna məhkəmə qərarı ilə həmin nəqliyyat vasitəsinə həbs qoyulması ilə bağlı bildiriş gəlib. İndi onun nə avtomobili var, nə də ödədiyi pul geri qaytarılır.

Bundan sonra avtomobilin mülkiyyətçisi Kənan Cavadov Vüqar Fərzəliyə nəqliyyat vasitəsini yol polisinə aparmağı məsləhət görüb. Vüqar Fərzəliyev iddia edir ki, o Kənanın cərimələrini ödədikdən sonra avtomobili Yasamal rayonundakı cərimə meydançasından çıxarmağa gedib. Orada isə maşını tapa bilməyib.

Ətraflı süjetdə:


SON XƏBƏRLƏR