• Bakı 17° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Rusiyada bu aeroportlar bağlandı

DÜNYA

21 May 2025 | 13:50

Rusiyada bu aeroportlar bağlandı

Rusiyada üç hava limanı təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ria.ru Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Vladimir, İvanovo və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sözügedən hava limanları hazırda reysləri qəbul etmir və yola salmır. 

Qeyd edək ki, Rusiyanın bəzi ərazilərinə PUA hücumları davam edir. Bu gecə Rusiyanın üç bölgəsində Ukraynaya məxsus 32 pilotsuz uçuş aparatı vurulub. 


SON XƏBƏRLƏR