• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Ötən il Uşaq Qaynar Xəttinə zorakılıqla bağlı neçə müraciət olub?

CƏMİYYƏT

21 May 2025 | 11:15

Ötən il Uşaq Qaynar Xəttinə zorakılıqla bağlı neçə müraciət olub?

Ötən il ərzində Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda qeyd olunub ki, müraciətlərdən 237-si psixoloji, 343-ü fiziki, 19-u cinsi, 217-si isə etinasızlıq səbəbindən olub.

Sənəddə vurğulanıb ki, 18 yaşına qədər olan müraciətlərin yaş kateqoriyasına görə təsnifatının təhlilinə əsasən, 10 yaşa qədər 39 nəfər, 11-14 yaş arası 201 nəfər, 15-18 yaş arası 196 nəfər olub.

Hesabata əsasən, 860 saylı Dəstək Xəttinə isə 2024-cü il ərzində 330 müraciət daxil olub. Onlardan 272 nəfəri qadın, 58 nəfəri kişi olub.

Bununla yanaşı, müraciət edənlərin 140 nəfəri subay, 137 nəfəri evli, 53 nəfəri isə boşanmış şəxslərdir.


SON XƏBƏRLƏR