• Bakı 25° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk - İlham Əliyev

SİYASƏT

21 May 2025 | 13:07

Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk - İlham Əliyev

Azərbaycan Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib:

“Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, - deyə dövlət başçısı əlavə edib.

Prezident qeyd edib ki, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlıq güclənir.

Dövlət başçısı, həmçinin vurğulayıb: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026