• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Lavrov: "3+3" formatında görüş Ermənistan və Azərbaycanda keçirilsin - YENİLƏNİB

DÜNYA

21 May 2025 | 13:32

Lavrov: 3+3 formatında görüş Ermənistan və Azərbaycanda keçirilsin - YENİLƏNİB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "3+3" formatında üçüncü nazirlər görüşünün Ermənistan və Azərbaycan ərazisində keçirilməsini təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu İrəvanda Ermənistan XİN başçısı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

S.Lavrovun sözlərinə görə, "3+3" formatı regionda uzunmüddətli sülh və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm alət olmaq, həmçinin Cənubi Qafqaz ölkələri və onların yaxın qonşuları arasında qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın, nəqliyyat əlaqələrinin və mədəni ənənələrin inkişafına töhfə vermək üçün bütün ilkin şərtlərə malikdir.

"Biz üçüncü görüşün keçiriləcəyi yer barədə müzakirə apardıq. Hesab edirəm ki, bu tədbirə ev sahibliyi etmək istəyən Ermənistan və Azərbaycan öz aralarında razılığa gələ bilər. Biz buna kömək etməyə hazırıq. İclasların ardıcıllığına gəlincə, növbəti iki tədbirin Ermənistan və Azərbaycanın paytaxtlarında keçirilməsinin tərəfdarıyıq", - o bildirib.

XİN başçısı qeyd edib ki, Tehran və İstanbulda keçirilən görüşlərdə bu platformanın gələcəyi ilə bağlı müəyyən nikbinliyə nail olmaq mümkün olub.

***

13:00

"3+3" regional əməkdaşlıq platforması çərçivəsində ölkələrin nümayəndələrinin üçüncü görüşü hazırlanır.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşündə bildirib.

"Moskva Cənubi Qafqaz ölkələrinin və onların bilavasitə qonşularının - Rusiya, İran və Türkiyənin maraqlarını təmsil edən "3+3" platformasında işləmək üçün böyük potensial görür", - Lavrov qeyd edib.


SON XƏBƏRLƏR