Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara ödənişli məzuniyyətin verilməsi təklif olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Qeyd olunub ki, məşğulluq sahəsində qarşıya qoyulan vəzifələrdən biri də həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişli məzuniyyətin verilməsidir.