• Bakı 18° C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Mirzoyan: Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik - YENİLƏNİB

DÜNYA

21 May 2025 | 11:48

Mirzoyan: Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik - YENİLƏNİB

Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bakıvaxtı.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkənin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələr davam edir və humanitar əməkdaşlığın inkişafında müsbət dinamika mövcuddur.

A.Mirzoyan həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi əməkdaşlığın inkişafını qeyd edib.

***

10:18

Ermənistan və Rusiya xarici işlər naziriləri Ararat Mirzoyan və Sergey Lavrov İrəvanda təkbətək formatda danışıqlara başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Daha sonra görüş geniş formatda davam edəcək.


SON XƏBƏRLƏR