• Bakı 24° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edildi

SİYASƏT

21 May 2025 | 14:36

TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edildi

Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb.

O qeyd edib ki, bu gün TDT liderləri gələcəyə baxan və hərtərəfli sənədi imzalamaqla növbəti əməkdaşlıq mərhələsi üçün ortaq baxışı rəsmiləşdirdilər:

“Sənəd gücləndirilmiş ticarət, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhlizlə Transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanı həyata keçirmək üçün konkret yol xəritəsi təqdim edir”.


SON XƏBƏRLƏR

17 Iyun 2025