• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Bakı İlahiyyat Kollecinə qəbul üçün qeydiyyat başlayır

CƏMİYYƏT

21 May 2025 | 14:00

Bakı İlahiyyat Kollecinə qəbul üçün qeydiyyat başlayır

Tam (11 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər mayın 30-dək müvafiq keçidə daxil olub qeydiyyatdan keçməlidirlər: //eservices.dim.gov.az/qabiliyyet

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeydiyyat prosesində buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanı) 40 və daha yüksək bal (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) toplayan abituriyentlər iştirak edə bilərlər.

Qeydiyyatdan keçən abituriyentlər Dini-psixoloji komissiyanın müsahibəsində iştirak edəcəklər. Müsahibədə iştirak etmək üçün buraxılış vərəqəsi DİM-in saytına yerləşdiriləcək və bununla bağlı əlavə məlumat veriləcək.

Abituriyentlər vərəqədə göstərilmiş tarix və saatda müsahibədə iştirak edəcəklər. Müsahibədən məqbul  qiymət alan abituriyentlər  dini-mənəvi xidmət  ixtisasını seçə biləcəklər.


SON XƏBƏRLƏR