Müğənni Emil Bədəlov gileyli açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, verilişlərin birində qonaq olan müğənni mərhum atasından söz açıb.
Onun sözlərinə görə, atası sağ olsaydı müğənni olmazdı: "Atam dünyasını dəyişəndə mənim 6 yaşım var idi. Atamın adı Namiq Bədəlovdur. Bəzən çox bezirəm. Deyirəm ki, bu sənət mənlik deyil. Ata yadigarı kimi davam etdirirəm. Həm də Allaha şükürlər olsun ki, balalarımı dolandırıram".
Qeyd edək ki, Emilin atası Namiq Bədəlov dövrünün məşhur müğənnilərindən olub. O, əvvəl nağara, qoşa nağara və fortepianoda ifa edib. Yaradıcılığının son dönəmində isə müğənni kimi məşhurlaşıb.
Sənətçi 27 yaşında avtomobil qəzasında həlak olub.
Xəyalə Rza





jpg-1692276006.webp)










