• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Barbie"nin qazancı AÇIQLANDI

MƏDƏNİYYƏT

17 Avqust 2023 | 12:57

"Barbie"nin qazancı AÇIQLANDI

Dünyaca məşhur olan "Barbie" filmi əldə etdiyi gəlirlə dünya rekordu qırıb.

Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir. Belə ki, rejissoru Greta Gerwig olan və Margot Robbinin baş rolda olduğu film ABŞ-da bilet satışından 537,5 milyon dollar qazanıb.

Lakin onu da qeyd edək ki, "Harri Potter" və "Ölüm Yadigarları" 2-ci hissə hələ də dünya üzrə birinci yerdədir. Kassada 1,34 milyard dollar qazanan "Harri Potter" filminin son istehsalı "Warner Bros"un ən çox qazanan filmi adını daşıyır. "Barbie" isə dünya üzrə 1,19 milyard dollar qazanıb.

Bununla belə, "Barbie"nin 2023-cü ilin ən çox gəlir gətirən filmi olduğu düşünülür. Bu uğur "Barbie 2" filminin gələcəyi ilə bağlı iddiaları gücləndirib. Hələ təsdiqlənməsə də belə bir fikir meydana çıxıb.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026