• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Britni Spirs boşanır

MƏDƏNİYYƏT

17 Avqust 2023 | 11:17 | Müəllif: Subhan Mahmudov

Britni Spirs boşanır

Dünyaca məşhur müğənni Britni Spirs evliliyində böhran yaşayır.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, çətin həyatından bəhs edən 'The Woman In Me' kitabını nəşr etməyə hazırlaşan Britni Spirs 14 aydır evli olduğu Sem Asgharidən ayrılmağa hazırlaşır.

Bu arada cütlüyün ayrılıq səbəbi də məlum olub. Onların Semin ifaçıya xəyanət etməsi səbəbiylə ayrılmaq qərarına gəldikləri söylənilir. Bildirilir ki, təxminən bir həftə əvvəl Asghari Britniyə xəyanət etməsi ilə bağlı şayiələrə görə onunla dava edib. Bundan sonra Sem evi tərk edib və indi tək yaşayır.

Məşhur cütlük hələlik bu iddialar barədə danışmayıb.

Spirsin Kim Kardaşyan və Kevin Kostneri də təmsil edən məşhur boşanma vəkili Laura Vasserlə müqavilə imzaladığı deyilir.

Qeyd edək ki, Britni Spirs 2022-ci ildə Sem Asghari ilə evlənib.

Murad Məmmədli


Britni Spirs boşanırBritni Spirs boşanır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026