• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"...tərbiyəsizlikdir"- Oktay Kaynarcanın telefon ÜSYANI

MƏDƏNİYYƏT

17 Avqust 2023 | 14:14

"...tərbiyəsizlikdir"- Oktay Kaynarcanın telefon ÜSYANI

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, aktyor onun telefon nömrəsini yayan şəxsləri kəskin şəkildə qınayıb. 

O.Kaynarca 9 maddə sayaraq izləyicilərini başa salmağa çalışıb. Onun bu addımı maraqla qarşılanıb. 

"Telefon maksimum üç dəfə zəng çalır. Zəng vaxtlarına fikir verilməlidir, çox vacib bir vəziyyət olmadığı halda gec və ya çox erkən zəng etmək uyğun deyil. Söhbətlər qısa olmalıdır. Zəng etdiyiniz şəxs başqa zəngdədirsə və dərhal sizə qayıtmazsa, onun sözünü bitirməsini və sizə zəng etməsini gözləmək lazımdır".

Aktyor davam edərək qeyd edib ki, ailə üzvləri də daxil olmaqla, icazə istəyərək video zəng etmək olar. Danışıqların təhlükəli mühitlərdə və platformalarda getdiyini nəzərə alaraq söhbətin məzmununa diqqət yetirin: "Söhbət əsnasında telefonun əlaqəsi kəsildiyi halda ilk zəng edənin zəng etməsi gözlənilməlidir. Sizdən istənəndə telefon nömrəsini soruşmamış vermək olmaz. Reklam, promosyon və s adı altında başqalarının telefon nömrəsini şirkətlərə vermək utancverici və hətta tərbiyəsizlikdir”.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026