Məşhur aktyor, rolları ilə yadda qalan Ahmet Kural evlənib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor vəkil Çağla Gizem Şahinlə nikah masasına əyləşib. Kiçik məclis təşkil edən cütlük Bodrumda dostlarını ətrafına toplayıb.
Toyda iki fərqli gəlinliyə üstünlük verən Çağla Gizem Şahin ilk olaraq uzun çiçəkli gəlinlik geyinib. Şahin daha sonra qotaz detallı mini gəlinliyə üstünlük verib. Saç və makiyajda təbiiliyə üstünlük verən məşhur zərifliyi ilə göz qamaşdırıb. Ahmet Kural isə toyunda ağ kostyum geyinib.
Qeyd edək ki, 4 ildir birlikdə olan cütlük Mart ayında yollarını ayırıb və həftələr sonra barışmaqları ilə gündəmə gəliblər.
Xəyalə Rza























