• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İbrahim Tatlısəs fırıldaqçılığa məruz qalıb

MƏDƏNİYYƏT

18 Iyul 2023 | 17:31

İbrahim Tatlısəs fırıldaqçılığa məruz qalıb

Türk musiqisinin "İmperator" ləqəbli sənətçisi İbrahim Tatlısəs açıqlaması ilə diqqət çəkib.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, belə ki, müğənni bank sahibləri tərəfindən fırıldaqçılıqla üzləşib. Məlumata görə, sənətçi əməkdaşlıq etdiyi bank sahiblərinin ona ediklərindən söz açıb:

"Bu boyda İbrahim Tatlısəsin kredit kartı yoxdur. Niyə? Çünki şirkət tərəfindən fırıldaqçılığa məruz qalmışam. Müdirlər mənim bank hesabımdan istifadə edirdilər".

Sözügedən hesabdan alınanlar isə izləyicilərin marağına səbəb olub:

"Uşaq bezi, uşaq yeməyi. Elə bil ki, dayəyəm. Heç birini bağışlamayacam. Onları günahım qədər sevmirəm. Bilirəm ki, Allah da bağışlamayacaq. Allah onların cəzasını versin".

Qeyd edək ki, verdiyi açıqlamadan sonra heyranları onu qınayaraq, bu məsələni işıqlandırmağı ona yaraşdırmayıblar.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026