Dekabrın 20-də Almaniyanın Saksoniya-Anhalt əyalətinin Maqdeburq şəhərində Milad bazarına edilən hücumda ölənlərin sayı artıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Naumburq Respublika Baş Prokurorluğunun məlumatına görə, hücumdan sonra xəstəxanada müalicə olunan 52 yaşlı qadın həyatını itirib.
Qeyd edək ki, hücum nəticəsində 9 yaşlı uşaq da daxil olmaqla 5 nəfərin ölüb, 200-dən çox insan yaralanıb.
Hücumdan sonra saxlanılan Səudiyyə Ərəbistanı əsilli həkim Taleb əl-Abdulmohsen dekabrın 22-də həbs edilib.
Əli Hüseynov