• Bakı C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Xamənei Livan üzrə yeni nümayəndəsini təyin edib

DÜNYA

05 Fevral 2025 | 11:20

Xamənei Livan üzrə yeni nümayəndəsini təyin edib

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Livan “Hizbullah”ının lideri Naim Kasemini bu ölkə üzrə nümayəndəsi təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Naim Kasemdən əvvəl Xaməneinn Livan üzrə nümayəndəsi Həsən Nəsrullah olub.

O, 2024-cü il sentyabrın 28-də İsrailin Beyruta endirdiyi raket zərbələri nəticəsində ölüb. Onu bu vəzifədə əmisi oğlu Seyid Haşim Səfiuddin əvəzləmişdi. Ancaq o da hücum nəticəsində ölüb. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın “ikinci nömrəsi” hesab olunurdu.


SON XƏBƏRLƏR

04 Fevral 2025