• Bakı 15° C

    1.74 m/s

Milli Məclis büdcənin icrasını müzakirə edir

SİYASƏT

27 May 2025 | 10:02

Milli Məclis büdcənin icrasını müzakirə edir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilir.

Sənəd parlamentə ötən həftə daxil olub.

Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat (2023-ci illə müqayisədə artım 5,5 %), gəlirlər üzrə plan 2,1 % çox icra olunub.

2023-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat (artım 3,4 %) təşkil edib, proqnoz 94,9 % icra olunub.

2024-cü il dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026