Sloveniya Prezidenti Nataşa Pirts Musar Azərbaycan lideri İlham Əliyevə təbrik məktubu göndərib.
Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizə davamlı tərəqqi və inkişaf, xalqınıza firavanlıq arzulayıram.
Mən ölkələrimiz və xalqlarımız arasında sıx əlaqələri daha da dərinləşdirən, dostluğa və ortaq maraqlara əsaslanan ikitərəfli əməkdaşlığımızın möhkəmlənməsini böyük məmnunluqla alqışlayıram. Sloveniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və əminəm ki, bu əlaqələr gələcəkdə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə daha da genişlənəcəkdir.
Mən daha geniş regionda sülh və sabitliyin təşviqi üçün birgə səylərimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".