• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Peru Prezidenti İlham Əliyevi təbrik edib

SİYASƏT

25 Iyun 2025 | 16:17 | Müəllif: Gülşən Şərif

Peru Prezidenti İlham Əliyevi təbrik edib

Peru Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, mən gələn il diplomatik münasibətlərinin 30 illiyini qeyd edəcək ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu məmnunluqla bildirirəm.

Peru Respublikasının Azərbaycan Respublikası ilə qarşılıqlı anlaşmaya, hörmətə və xalqlarımızın maraqlarına əsaslanan hərtərəfli əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiq edirəm.

Əlamətdar bayram münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ən yüksək ehtiramımı ifadə edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR