"İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda çıxışı zamanı bildirib.
“Möhtərəm Prezident İlham Əliyev xalqın məhəbbətini qazanıb. Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizin bütün sahələrinə diqqət tələb olunur. Cənab Prezident 44 günlük Vətən müharibəsində qazandığımız qələb ilə, 30 ildir pozulan ədaləti bərpa edib, Cənubi Qafqazəın geosiyasi tarixində yeni səhifə açmışdır".
Spiker Milli Məclis adından Prezidentə təbrik məktubu ünvanlanmasını təklif edib.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.
MM üzvləri Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Nuranə Daxilqızı
















