• Bakı 24° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Millimiz iki yoldaşlıq oyunu keçirəcək

İDMAN

06 Iyun 2023 | 15:29

Millimiz iki yoldaşlıq oyunu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iki yoldaşlıq görüşü keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, yığma Gürcüstan və Belarusun U-19 komandası ilə qarşılaşacaq.

Komanda iyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələdə təlim-məşq toplanışında olacaq. Hazırlıq çərçivəsində Gürcüstanla iyunun 16-da, Belarusla isə bundan dörd gün sonra oyun olacaq.

Təlim-məşq toplanışına 24 oyunçu çağırılıb. Onlardan ikisi ölkə xaricində legioner həyatı yaşayır.

U-19-un heyəti: Samir Ağayev, Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, İlkin Budaqov, Sənan Ağalarov (hamısı “Qəbələ”), Aslan Şirinov, Rüfət Abbasov, Murad Məmmədov (hamısı “Neftçi”), Rəvan Mirzəmmədov, Tuncay Cəfərli, Fəxri Məmmədli (hamısı “Sabah”), Sadiq Məmmədzadə, Zaman Zamanlı (hər ikisi “Səbail”), Ayxan Qocayev, Nihad Əhmədzadə (hər ikisi “Sumqayıt”), Musa Məmmədov, Elton Mikayılov (hər ikisi “Qarabağ”), Xəyal Fərzullayev (MOİK), Edqar Adilxanov (“Şamaxı”), Murad Ələkbərov (“Zirə”), Sadiq Şəfiyev (“Turan Tovuz”), Raul Hacıyev (“Rustavi”, Gürcüstan), Nahid Əliyev (“Dinamo”, Sankt-Peterburq, Rusiya).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026