• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Neftçi” məşhur məşqçiyə tapşırıla bilər

İDMAN

06 Iyul 2023 | 11:51

“Neftçi” məşhur məşqçiyə tapşırıla bilər

Laurentsiu Regekampfla yollarını ayıran “Neftçi”nin yeni baş məşqçisi də rumıniyalı ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, “ağ-qaralar” ötənlərin məşhur futbolçusu Adrian Mutunu bu posta gətirmək istəyir. Bakı klubunun hazırda “Rapid 1923”ü çalışdıran mütəxəssisə bir milyon avro məvacib ödəməyə hazır olduğu bildirilir. Eyni zamanda hazırkı komandası ilə müqaviləsi davam etdiyindən “Rapid 1923”ə də təzminat verilməlidir.

Daha əvvəl ölkəsində “Voluntari”, “Universtatya Krayova”, Birləşmiş Ərəb Əmirliklərində “Əl-Vahda” (U-21) klublarını, Rumıniya U-21 millisini çalışdırmış 44 yaşlı mütəxəssis keçən ildən hazırkı komandasında işləyir. Mutu futbolçu karyerası ərzində İngiltərənin “Çelsi”, İtaliyanın “İnter” və “Yuventus” kimi klublarının formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026